Rəhman Qurbanov: “Şahdənizin ikinci fazasında hələ 26 quyu qazılmalıdır”

Rəhman Qurbanov: “Şahdənizin ikinci fazasında hələ 26 quyu qazılmalıdır” İndiyə qədər Şahdənizdən isə 15 mln. ton kondensant, 59 mlrd.kubmetr qaz hasil edilib
Energetika
17 Fevral , 2015 10:15
Rəhman Qurbanov: “Şahdənizin ikinci fazasında hələ 26 quyu qazılmalıdır”

Bakı. 17 fevral. REPORT.AZ/ “Hazırda ümumilikdə 82 yatağımız var ki, onlardan 59-u işlək vəziyyətdədir”. "Report" xəbər verir ki, bunu SOCAR-ın neft-qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov SOCAR-ın Jurnalistlər üçün keçirdiyi qış məktəbində çıxışı zamanı deyib.

R.Qurbanovun sözlərinə görə, hazırda həmin yataqlardan böyük əksəriyyəti quruda, bir qismi isə dənizdə yerləşir:

“Hazırda fəaliyyət göstərən 59 yataqdan 40-ı quruda, 19-u isə dənizdə yerləşir. Dənizdə olan yataqlardan ən böyükləri Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarıdır ki, indiyə qədər birincidə olan 78 quyudan 350 mln. ton neft, 105 mlrd. kubmetr qaz hasil edilib. Şahdənizdən isə 15 mln. ton kondensant, 59 mlrd.kubmetr qaz hasil edilib. Şahdənizin ikinci fazasında hələ 26 quyu qazılmalıdır”.

Son xəbərlər

Orphus sistemi