Rusiya Ukraynaya satılan təbii qazın qiymətini 20 dollar endirəcək

Rusiya Ukraynaya satılan təbii qazın qiymətini 20 dollar endirəcək Endirim təklifi Avropa Komissiyasından daxil olub.
Energetika
24 Sentyabr , 2015 22:46
Rusiya Ukraynaya satılan təbii qazın qiymətini 20 dollar endirəcək

Bakı. 24 sentyabr. REPORT.AZ/ Rusiya Energetika Naziri Aleksandr Novak bildirib ki, Ukraynaya satılan təbii qazın hər min kubmetrinə görə 20 dollar endirim olacaq. Beləliklə, cari ilin dördüncü rübü üçün qazın satış qiyməti 247 dollar təşkil edəcək.

Nazirin sözlərinə görə, müvafiq təklif Avropa Komissiyasından daxil olub.

Novak ümid edir ki, Ukrayna ilə “qış paketi” müqaviləsi sentyabrın 25-də Moskvada keçiriləcək üçtərəfli görüş (Rusiya, Avropa İttifaqı, Ukrayna) çərçivəsində imzalanacaq.

Son xəbərlər

Orphus sistemi