Rövnəq Abdullayev: "Azərbaycan İrana investisiya qoymaqda maraqlıdır"

Rövnəq Abdullayev: "Azərbaycan İrana investisiya qoymaqda maraqlıdır" "Orda həm investisiya layihələri həyata keçirmək, həm də operatorluq etmək üçün müəyyən layihələrimiz var"
Energetika
19 İyul , 2015 22:07
Rövnəq Abdullayev: Azərbaycan İrana investisiya qoymaqda maraqlıdır

Bakı. 19 iyul. REPORT.AZ/ İranla "altılıq" ölkələrinin razılığa gəlməsinin bizim üçün çoxlu müsbət əlamətləri var. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ANS-ə müsahibəsində deyib.

SOCAR prezidentinin sözlərinə görə, İranla Azərbaycan arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olub:

"Hələ "altılıq" ölkələrinin razılığa gəlməsindən öncə, yəni ötən ay mənim İrana çox uğurlu səfərim oldu. İranın neft naziri cənab Bijən Namdar Zəngənə ilə görüşlərimiz oldu. Birgə iş birliyi haqqında müzakirələr oldu. Artıq bizim bununla bağlı müəyyən layihələrimiz var".

R.Abdullayev eyni zamanda SOCAR-ın Türkiyə bazarında əsas sərmayədar olduğunu deyib: "Ölkə Prezidentinin başçılığı ilə SOCAR Türkiyədə ən böyük sərmayədardır. Bu niyə İranda da olmasın? Azərbaycan İrana investisiya qoymaqda maraqlıdır. Düşünürəm ki, biz İran layihələrində aktiv iştirak edəcəyik. Orda həm investisiya layihələri həyata keçirmək, həm də operatorluq etmək üçün müəyyən layihələrimiz var".

"Bizim texnologiyalarımız, təcrübəmiz, innovasiyalarımız var. İranda da bu təcrübəni istifadə edəcəyik", - deyə SOCAR prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi