​Rəhman Qurbanov: "SOCAR əməyin təhlükəsizliyinə xüsusi diqqətlə yanaşır"

​Rəhman Qurbanov: "SOCAR əməyin təhlükəsizliyinə xüsusi diqqətlə yanaşır" Şirkət işçilərini tibbi siğorta, pulsuz müayinə və müalicə ilə təmin edir
Energetika
15 Aprel , 2015 13:58
​Rəhman Qurbanov: SOCAR əməyin təhlükəsizliyinə xüsusi diqqətlə yanaşır

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) iş prosesində əməyin təhlükəsizliyi ilə bağlı məsələlərə xüsusi diqqətlə yanaşır.

"Report"un məlumatına görə, bunu SOCAR-ın neft və qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib: "SOCAR mürəkkəb qazıntı əməliyyatları apardığına görə qəzaların baş vermə riski də böyükdür. Buna görə də təhlükəsizlik məsələlərinə həssas yanaşılır".

R.Qurbanov bildirib ki, SOCAR neft-qaz yataqlarının axtarışı, xam məhsulun emalı, satışı və ölkə ərazisində əhalinin qazla təmin olunmasını təmin edir: "İstehsal sahələrində təhlükəsiz iş prosesi üçün tədbirlər görülür. Dənizdə qazma işləri üçün yeni dəniz özülləri tikilir. Köhnə özüllərdə təmir işləri aparılmaqla korroziyaya uğramış hissələr dəyişdirilir".

Şirkət rəsmisi əlavə edib ki, görülən işlər çox böyük vəsait tələb edir: "Bununla yanaşı, işçilərin təhlükəsizliyi üçün iş prosesinin öyrədilməsi, təhlükəsiz fəaliyyətlə bağlı davamlı təlimlər keçirilir. İşçilər lazımi təhlükəsizlik avadanlıqları ilə təmin olunur".

SOCAR-ın vitse-prezidenti deyib ki, şirkətin bəzi əraziləri FHN-in yanğınsöndürmə xidmətinin nəzarətindədir: "Hər hansı qəza anında tədbir görmək üçün hazır vəziyyətdədirlər. Bununla yanaşı, işçilər tibbi siğorta, pulsuz müayinə və müalicə ilə təmin olunub". 

Son xəbərlər

Orphus sistemi