​"Qazprom" "Türk axını" layihəsinin 1 il gec həyata keçirilməsini istisna etmir

​"Qazprom" "Türk axını" layihəsinin 1 il gec həyata keçirilməsini istisna etmir Şirkətdən bildiriblər ki, hökumətlərarası sazişin imzalanması vaxtı "Qazprom"dan asılı deyil
Energetika
7 Oktyabr , 2015 14:45
​Qazprom Türk axını layihəsinin 1 il gec həyata keçirilməsini istisna etmir

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Qazprom" "Türk axını" layihəsinin 1 il gec həyata keçirilməsini istisna etmir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Qazprom"un sədr müavini Aleksandr Medvedev jurnalistlərə açıqlamasında bildirib.

"Əgər layihə bir il gec başlasa, heç bir pis şey baş verməz", - Medvedev deyib.

O, hökumətlərarası sazişin imzalanması vaxtının "Qazprom"dan asılı olmadığını vurğulayıb. "Türkiyə hökumətinin formalaşması müəyyən vaxt tələb edəcək, əvvəlcədən nə isə söyləmək çox çətindir", - o əlavə edib.

Onun sözlərinə görə, Türkiyə hökuməti "Türk axını" layihəsinin ilk xəttinin əhəmiyyətini vurğulayıb, lakin onlar bütün dörd xəttin inşasına hazırdılar.

"Qazprom"un rəhbəri Aleksey Miller çərşənbə axşamı bildirib ki, heç bir siyasi risklər layihəyə əngəl törədə bilməyəcək. O, Suriyadakı vəziyyətin layihə ilə bağlı sazişin imzalanmasına təsir edə biləcəyi sualını cavablandırarkən deyib ki, hökumətlərarası sazişin mətninin hazırlanması üzrə işlər davam edir və heç bir kənar faktor bu işə təsir etməyəcək. 

Son xəbərlər

Orphus sistemi