Bakı. 24 fevral. REPORT.AZ/ OPEK və qeyri-OPEK neft istehsalçılarının üzvləri xammal bazarındakı vəziyyəti nizamlamaq üçün martın ortalarında görüşə bilər.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloxio del Pino məlumat verib.
"OPEK və qeyri-OPEK ölkələrinin 10-dan çox iri istehsalçısının bu təklifə qoşulacağını gözləyirik", - deyə o bildirib.