Maroş Şefçoviç: "Xəzər qazı Avropaya 2020-ci ildən əvvəl çatacaq"

Maroş Şefçoviç: "Xəzər qazı Avropaya 2020-ci ildən əvvəl çatacaq" Maroş Şefçoviç: "Prezident İlham Əliyev bu barədə çox optimistdir"
Energetika
25 Yanvar , 2016 10:56
Maroş Şefçoviç: Xəzər qazı Avropaya 2020-ci ildən əvvəl çatacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ "Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən görüşdə Cənub Qaz Dəhlizi layihəsinin planlaşdırıldığından daha əvvəl tamamlanması barədə kifayət qədər optimist idi". 

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç "EurActiv" nəşrinə müsahibəsində bildirib: "Mən də bu görüşdən çox optimist şəkildə ayrıldım. Biz Xəzər qazını Avropada 2020-ci ildən əvvəl görəcəyik".

O, Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu layihə 3 000 km-dən artıq məsafəni əhatə edir: "Boru kəmərləri keçən hər bir ölkənin (Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliya) oxşar çağırışları, marşrutları, tənzimləmələri və ətraf mühit məsələləri var. Buna görə də biz hər hansı problem yaranarsa, onun həlli üçün Cənub Qaz Dəhlizinin Məşvərət Şurasını təşkil etdik".

Son xəbərlər

Orphus sistemi