​Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyətə malikdir"

​Maroş Şefçoviç: "Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyətə malikdir" Tezliklə Salonikidə TAP kəmərinin təməlqoyma mərasimi keçiriləcək
Energetika
30 Mart , 2016 09:20
​Maroş Şefçoviç: Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün strateji əhəmiyyətə malikdir

Bakı. 30 mart. REPORT.AZ/ "Tezliklə biz Salonikidə (Yunanıstan) Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimində iştirak edəcəyik və bu, heç də möcüzə kimi görünməməlidir". “Report” xəbər verir ki, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirib.

M.Şefçoviçin sözlərinə görə, Cənub Qaz Dəhlizi (SGC) layihəsinin reallaşması Avropa İttifaqı üçün xüsusi əhəmiyyət kəsb edir.

“Avropa İttifaqı üçün SGC, Mərkəzi və Cənub-Şərqi Avropa Qaz Bağlantısı və LNG üçün müəyyən edilmiş yeni limanın fəaliyyətə başlaması strateji əhəmiyyətə malikdir. Hər üç layihənin Yunanıstan iqtisadiyyatı üçün çox böyük əhəmiyyəti var və rəsmi Afina bu layihələrdə əsas rolu oynaya bilər. Buna görə də tezliklə Salonikidə TAP-ın təməlqoyma mərasiminin keçirilməsi heç də möcüzə hesab edilməməlidir”, - deyə Aİ rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi