​Heydər Əliyev adına NEZ bu ilin ilk yarısında 150 konteyner tullantı toplayıb

​Heydər Əliyev adına NEZ bu ilin ilk yarısında 150 konteyner tullantı toplayıb Xatırladaq ki, SOCAR-ın Ekologiya idarəsi ilə zavod arasında bağlanmış müqavilə əsasında tullantılar “Tullantı Mərkəzi”nə çatdırılır
Energetika
15 İyul , 2015 13:43
​Heydər Əliyev adına NEZ bu ilin ilk yarısında 150 konteyner tullantı toplayıb

Bakı. 15 iyul.REPORT.AZ/ Cari ilin 6 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalat (NEZ) sahələrində olan ümumi həcmi 10,908 tonluq tullantı Qaradağ “Tullantı Mərkəzi”nə təhvil verilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Təyinatı rəng koduna uyğun olaraq Azərbaycan və ingilis dillərində yazılan 150 konteyner ərazinin müxtəlif yerlərinə qoyulub. Təkrar emalı mümkün olmayan məişət tullantıları, plastik, şüşə və taxta tullantılar, yağlı tullantılar xüsusi qablara yığılır və müəssisə ərazisində müvəqqəti saxlanılır, sonra isə ərazidən kənarlaşdırıldığı deyilir.

Xatırladaq ki, SOCAR-ın Ekologiya idarəsi ilə zavod arasında bağlanmış müqavilə əsasında tullantılar “Tullantı Mərkəzi”nə çatdırılır.

Son xəbərlər

Orphus sistemi