Yuxarı

​Heydər Əliyev adına NEZ bu ilin ilk yarısında 150 konteyner tullantı toplayıb

Xatırladaq ki, SOCAR-ın Ekologiya idarəsi ilə zavod arasında bağlanmış müqavilə əsasında tullantılar “Tullantı Mərkəzi”nə çatdırılır

Bakı. 15 iyul.REPORT.AZ/ Cari ilin 6 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalat (NEZ) sahələrində olan ümumi həcmi 10,908 tonluq tullantı Qaradağ “Tullantı Mərkəzi”nə təhvil verilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Təyinatı rəng koduna uyğun olaraq Azərbaycan və ingilis dillərində yazılan 150 konteyner ərazinin müxtəlif yerlərinə qoyulub. Təkrar emalı mümkün olmayan məişət tullantıları, plastik, şüşə və taxta tullantılar, yağlı tullantılar xüsusi qablara yığılır və müəssisə ərazisində müvəqqəti saxlanılır, sonra isə ərazidən kənarlaşdırıldığı deyilir.

Xatırladaq ki, SOCAR-ın Ekologiya idarəsi ilə zavod arasında bağlanmış müqavilə əsasında tullantılar “Tullantı Mərkəzi”nə çatdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi