​“Günəşli” yatağındakı daha bir quyu təmirdən sonra istismara verilib

​“Günəşli” yatağındakı daha bir quyu təmirdən sonra istismara verilib Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir
Energetika
11 Avqust , 2015 13:24
​“Günəşli” yatağındakı daha bir quyu təmirdən sonra istismara verilib

Bakı. 11 avqust . REPORT.AZ/ Bu günlərdə “Günəşli” yatağındakı 3 nömrəli dərin dəniz özülündən 117 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Quyu məhsuldar qatın X horizontundan qazlift üsulu ilə məhsul verib, 2 710-2 701 metr intervaldan gündəlik 50 ton neft hasilatı ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi