Yuxarı

​“Günəşli” yatağındakı daha bir quyu təmirdən sonra istismara verilib

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir

Bakı. 11 avqust . REPORT.AZ/ Bu günlərdə “Günəşli” yatağındakı 3 nömrəli dərin dəniz özülündən 117 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Quyu məhsuldar qatın X horizontundan qazlift üsulu ilə məhsul verib, 2 710-2 701 metr intervaldan gündəlik 50 ton neft hasilatı ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi