Bakı. 11 fevral. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağında 3-cü dərin dəniz özüldən 81 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
Quyu Balaxanı Lay Dəstəsinin IX horizontundan, 2 865-2 820 metr intervaldan gündəlik 35 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.