"Günəşli" yatağında daha bir quyu istismara verilib

"Günəşli" yatağında daha bir quyu istismara verilib Yataqdakı 3-cü dərin dəniz özüldən 81 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib
Energetika
11 Fevral , 2015 17:46
Günəşli yatağında daha bir quyu istismara verilib

Bakı. 11 fevral. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağında 3-cü dərin dəniz özüldən 81 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.

Quyu Balaxanı Lay Dəstəsinin IX horizontundan, 2 865-2 820 metr intervaldan gündəlik 35 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi