Bakı. 20 oktyabr. REPORT.AZ/ "Özəlləşdirmə qlobal məsələdir və "Azərenerji"yə tabe olan müəssisələrdə lazım gəlsə belə bir addımlar atılacaq. Hazırda isə bu sahədə addımların atılması tezdir". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib.
E.Pirverdiyevin sözlərinə görə, ölkə əhalisinin payız-qış mövsümündə elektrik enerjisi ilə təminatı sahəsində problemi olmayacaq: "Havaların soyuması və yağışın bəzi stansiyalara müəyyən təsiri olub. Buna baxmayaraq, işlər normal şəkildə davam edir".