Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb 2015-ci il üzrə neftin orta qiymətinin 66 dollar/barel olacağı gözlənilir
Energetika
6 İyun , 2015 09:19
Dünya bazarında neft bahalaşıb

Bakı. 6 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,13 dollar, yaxud 1,95% bahalaşaraq 59,13 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 2,06%, yaxud 1,28 dollar irəliləyərək 63,31 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 66 dollar/barel olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi