Ceyhan limanından Azərbaycan neftinin ixracı 9% artıb

Ceyhan limanından Azərbaycan neftinin ixracı 9% artıb Ötən ay təxminən 2,8 mln. ton Azərbaycan nefti ixrac olunub
Energetika
7 Oktyabr , 2015 13:51
Ceyhan limanından Azərbaycan neftinin ixracı 9% artıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayı ərzində 2 783,2 min ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb. "Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu göstərici ötən ilin sentyabr ayından 9% artıqdır.

Bu həcmin 1 928,1 min tonunu (ötən ildən 6% çox) Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21,682 mln. ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 2% azdır.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il oktyabrın 1-dək Ceyhan limanından 283,621 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. barel neftdir. Kəmər 2006-cı ildən istifadədədir.

Son xəbərlər

Orphus sistemi