Bu il Azərbaycanda 41 mln. ton neft və 30 mlrd. kubmetr qaz hasil olunacaq

Bu il Azərbaycanda 41 mln. ton neft və 30 mlrd. kubmetr qaz hasil olunacaq Bu il "Şahdəniz" qazının 2,6 mlrd. kubmetri Azərbaycana, 6,3 mlrd. kubmetri Türkiyəyə, 0,74 mlrd. kubmetri Gürcüstana veriləcək
Energetika
4 İyun , 2015 13:19
Bu il Azərbaycanda 41 mln. ton neft və 30 mlrd. kubmetr qaz hasil olunacaq

Bakı. 4 iyun. REPORT.AZ/ Bu il Azərbaycanda 40,7 mln. ton neft və 30,2 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur. Həmçinin SOCAR-a məxsus yataqlardan 8,3 mln. ton neft və 6,5 mlrd. kubmetr qaz hasil edilməsi proqnozlaşdırılır. "Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov deyib. 

Onun sözlərinə görə, SOCAR-ın hasil edəcəyi neftin 6,5 mln. tonu emal ediləcək, 1,7 mln. ton isə xarici ölkələrə satılacaq: "AÇG yataqlar bloku üzrə 30,3 mln. ton neft və 13,8 mlrd. kubmetr qaz, "Şahdəniz" yatağında 2,1 mln. ton kondensat və 9,8 mlrd. kubmetr qaz hasil ediləcək".

Bu ildə SOCAR tərəfindən Gürcüstana 1,2 mlrd. kubmetr qaz ixrac edilməsi, "Azərenerji"yə isə 4,85 mlrd. kubmetr qaz verilməsi nəzərdə tutulub.

R.Qurbanov bildirib ki, ötən il Rusiyaya 200 mln. kubmetr qaz ixrac edilib. Ötən il Türkiyə və Gürcüstana da qaz ixracı həyata keçirilib: "Ötən il "Şahdəniz" qazının 5,9 mlrd. kubmetri Türkiyəyə, Gürcüstana isə 0,7 mlrd. kubmetri satılıb. "Şahdəniz" qazının qalan hissəsi ölkə daxilində satılıb. Gürcüstana, həmçinin 1,2 mlrd. kubmetr digər yataqlardan olan qaz satılıb".

SOCAR rəsmisi vurğulayıb ki, bu il "Şahdəniz" yatağında hasil edilən qazın 2,6 mlrd. kubmetri Azərbaycana, 6,3 mlrd. kubmetri Türkiyəyə, 0,74 mlrd. kubmetri Gürcüstana veriləcək: "Həmçinin AÇQ blokunda hasil edilən qazın 3,1 mlrd. kubmetri Azərbaycana veriləcək, 9,2 mlrd. kubmetr isə təzyiqin saxlanması üçün laya vurulacaq".

Son xəbərlər

Orphus sistemi