Bakı. 3 iyun. REPORT.AZ/ Birləşmiş Krallıq BP şirkətinin Azərbaycanda fəaliyyətindən tam razıdır. "Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Böyük Britaniyanın sabiq energetika naziri Çarlz Hendri deyib.
Ç.Hendrinin sözlərinə görə, hazırkı vəziyyətdə enerji sahəsinin şaxələndirilməsi vacibdir: "Əgər enerjinin diversifikasiyası reallaşsa, bu regionda əsas ölkələr Azərbaycan və Türkmənistan olacaq. Biz isə bu işlərə hər cür köməyimizi göstərməyə hazırıq".