"Azəriqaz" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

"Azəriqaz" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək Qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək
Energetika
12 Mart , 2015 15:08
Azəriqaz bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) Novruz bayramı ilə əlaqədar martın 16-dan 29-dək gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Sutkada 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək, “Qaz təsərrüfatının istismarı” şöbəsində və qaz istismar sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. 

“Azəriqaz” İB təbii qaz istehlakçılarından Novruz bayramı günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.

Son xəbərlər

Orphus sistemi