“Azərenerji”də işə qəbul yalnız elektron qaydada olacaq

“Azərenerji”də işə qəbul yalnız elektron qaydada olacaq “Azərenerji” ASC müasir çağırışların tələblərinə uyğun olaraq işə qəbul prosesində ciddi dəyişiklik edib.
Energetika
15 Dekabr , 2023 10:42
“Azərenerji”də işə qəbul yalnız elektron qaydada olacaq

“Azərenerji” ASC müasir çağırışların tələblərinə uyğun olaraq işə qəbul prosesində ciddi dəyişiklik edib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, həm işğaldan azad edilən ərazilərdə, həm də paytaxtda və ölkənin digər yerlərindəki enerji obyektlərində işləmək istəyənlər heç yerə getmədən məsafədən səhmdar cəmiyyətinə müraciət edə biləcəklər. Yəni işə qəbul edilmək mərkəzləşdirilmiş qaydada yalnız elektron formada həyata keçiriləcək.

Bunun üçün isə “Azərenerji”nin internet səhifəsinə (www.azerenerji.gov.az) daxil olub “Karyera” bölməsinə keçid etmək lazımdır. Burada ilk növbədə vakansiyaları asanlıqla görmək və boş vakansiyanın hansı ərazi üzrə olmasından, məvacibinin nə qədər təşkil etməsindən tutmuş, bütün kriteriyalarını incələmək mümkündür. Bundan sonra portaldan qeydiyyatdan keçib, elektron müraciət formasını dolduraraq kadr ehtiyat bazasına CV yerləşdirmək lazımdır.

Son xəbərlər

Orphus sistemi