Jan-Mari Poqam: “Ticarət “yaşıl texnologiya”ların yayılmasına təkan verə bilər”

Jan-Mari Poqam: “Ticarət “yaşıl texnologiya”ların yayılmasına təkan verə bilər” Ticarət iqlim siyasəti üçün sürətləndirici rolunu oynaya və “yaşıl texnologiya”ların yayılmasını təşviq edə bilər.
Energetika
2 May , 2024 16:41
Jan-Mari Poqam: “Ticarət “yaşıl texnologiya”ların yayılmasına təkan verə bilər”

Ticarət iqlim siyasəti üçün sürətləndirici rolunu oynaya və “yaşıl texnologiya”ların yayılmasını təşviq edə bilər.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş direktorunun müavini Jan-Mari Poqam Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən "CAREC regionunda daha ekoloji cəhətdən təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" adlı tədbirdə deyib.

“Ötən il ÜTT iqlim siyasətində ticarətdən necə istifadə olunacağına dair instrumentari hazırlayıb. Azərbaycan COP29-a sədrlik etdiyi üçün ümid edirəm ki, o, iqlim dəyişikliyinin həlli üçün ticarətdən istifadə etmək təşəbbüsünü də ələ alacaq", - Jan-Mari Poqam bildirib.

Son xəbərlər

Orphus sistemi