​Azərbaycanla Çexiya arasında enerji sahəsində memorandum imzalanacaq

​Azərbaycanla Çexiya arasında enerji sahəsində memorandum imzalanacaq Memorandumun Çexiya prezidentinin sentyabrda Azərbaycana səfəri vaxtı imzalanacağı gözlənilir
Energetika
29 May , 2015 18:29
​Azərbaycanla Çexiya arasında enerji sahəsində memorandum imzalanacaq

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini Vitezslav Pivonkanı qəbul edib.

“Report” nazirliyin məlumatına istinadən bildirir ki, görüşdə enerji sahəsində əməkdaşlıq, qazın nəqli, elektrik enerjisinin istehsalı məsələləri müzakirə edilib. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən söz açılıb. Bildirilib ki, “Şahdəniz” yatağının işlənməsi Azərbaycanı dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin edib. Azərbaycan qazının Avropa ölkələrinə nəqli məqsədi daşıyan TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanıb.

Görüşdə Energetika Nazirliyi ilə Çexiyanın Sənaye və Ticarət Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun hazırlanması təklifi irəli sürülüb. Memorandumun Çexiya Respublikası Prezidentinin sentyabrda Azərbaycana səfəri zamanı imzalanacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi