Yuxarı

​Azərbaycanla Çexiya arasında enerji sahəsində memorandum imzalanacaq

Memorandumun Çexiya prezidentinin sentyabrda Azərbaycana səfəri vaxtı imzalanacağı gözlənilir

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini Vitezslav Pivonkanı qəbul edib.

“Report” nazirliyin məlumatına istinadən bildirir ki, görüşdə enerji sahəsində əməkdaşlıq, qazın nəqli, elektrik enerjisinin istehsalı məsələləri müzakirə edilib. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən söz açılıb. Bildirilib ki, “Şahdəniz” yatağının işlənməsi Azərbaycanı dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin edib. Azərbaycan qazının Avropa ölkələrinə nəqli məqsədi daşıyan TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanıb.

Görüşdə Energetika Nazirliyi ilə Çexiyanın Sənaye və Ticarət Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun hazırlanması təklifi irəli sürülüb. Memorandumun Çexiya Respublikası Prezidentinin sentyabrda Azərbaycana səfəri zamanı imzalanacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi