Azərbaycandan avqustda 5,381 mlrd. kubmetr qaz ixrac olunub

Azərbaycandan avqustda 5,381 mlrd. kubmetr qaz ixrac olunub Nəql olunan qazın dəyəri isə 159,535 mln. dolları üstələyib
Energetika
29 Sentyabr , 2015 14:59
Azərbaycandan avqustda 5,381 mlrd. kubmetr qaz ixrac olunub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayı ərzində Azərbaycandan sayğac göstəricilərinə əsasən 5 380 798,48 min kubmetr həcmində təbii qaz ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,73% azdır.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə təbii qaz ixracının həcmi illik müqayisədə 25,1% azalaraq 992 172,80 min kubmetr təşkil edib.

Məlumata əsasən, avqust ayında həyata keçirilən qaz ixracı 159 535,44 min ABŞ dolları dəyərində olub ki, bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə 29,17% azdır.

Hesabat ayında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac edilən qaz kondensatının həcmi 7,94% azalaraq 1 348 745,45 tona çatıb.

Son xəbərlər

Orphus sistemi