Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayı ərzində Azərbaycandan sayğac göstəricilərinə əsasən 5 380 798,48 min kubmetr həcmində təbii qaz ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,73% azdır.
"Report"un
Məlumata əsasən, avqust ayında həyata keçirilən qaz ixracı 159 535,44 min ABŞ dolları dəyərində olub ki, bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə 29,17% azdır.
Hesabat ayında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac edilən qaz kondensatının həcmi 7,94% azalaraq 1 348 745,45 tona çatıb.