Azərbaycanda yanacaq mazutu və ağ neftin istehsalı artıb

Azərbaycanda yanacaq mazutu və ağ neftin istehsalı artıb Bu il 390 mln. manata yaxın neft məhsulları istehsal olunub
Energetika
18 Mart , 2016 11:35
Azərbaycanda yanacaq mazutu və ağ neftin istehsalı artıb

Bakı. 18 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 389,4 mln. manat olmaqla əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 0,7% azalıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarından yanacaq mazutunun istehsalı 1149,5 dəfə, ağ neftin istehsalı isə 6,5% artıb.

Belə ki, bu ilin yanvar-fevral aylarında 229,9 min ton yanacaq mazutu, 113,5 min ton ağ neft istehsal edilib.

Hesabat dövründə avtomobil benzininin istehsalı 9,9%, sürtkü yağlarının istehsalı 65,4%, dizel yanacağının istehsalı 23,9 %, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 1,4%, neft bitumunun istehsalı 2%, neft koksunun istehsalı 89,9% azalıb.

Belə ki, bu ilin iki ayı ərzində 179,6 min ton avtomobil benzini, 0,9 min ton sürtkü yağları, 366,1 min ton dizel yanacağı, 27,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 19,3 min ton neft bitumu, 7,2 min ton neft koksu istehsal olunub.

Son xəbərlər

Orphus sistemi