Azərbaycan Metanol Zavodu SOCAR-ın nəzarətinə keçəcək

Azərbaycan Metanol Zavodu SOCAR-ın nəzarətinə keçəcək Bu barədə şirkətin vitse-prezidenti Süleyman Qasımov məlumat verib
Energetika
15 Sentyabr , 2016 11:56
Azərbaycan Metanol Zavodu SOCAR-ın nəzarətinə keçəcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakıdakı metanol zavodunu ("AzMeCo") əldə etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov məlumat verib.

"Metanol zavodu məhkəmə qərarı əsasında "Aqrarkredit" QSC-yə veriləcək. Bu ilin sonuna qədər SOCAR zavodu əldə edə bilər", - deyə S.Qasımov qeyd edib.

Şirkət rəsmisi SOCAR-ın ödəməli olduğu vəsaitin də məlum olduğunu deyib: "Artıq məbləğ məlumdur, "Aqrarkredit" zavodu nəzarətinə keçirəndən sonra onu SOCAR-a satacaq".

Son xəbərlər

Orphus sistemi