​“Azərbaycan İES”də il ərzində 8 mlrd. KV/s enerji istehsal edilib

​“Azərbaycan İES”də il ərzində 8 mlrd. KV/s enerji istehsal edilib Stansiyanın V enerji blokunda idarəetmə sistemi yenidən qurulub, VI və VIII enerji bloklarında əsaslı təmir olunub
Energetika
2 Fevral , 2015 14:32
​“Azərbaycan İES”də il ərzində 8 mlrd. KV/s enerji istehsal edilib

Bakı. 2 fevral. REPORT.AZ/ Ötən il ərzində “Azərbaycan İES”də 7 milyard 683,6 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Bu barədə "Report"a "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, stansiyada digər texniki göstəricilər də uğurludur. İl ərzində enerji blokları və avadanlıqların istismarı ilə yanaşı, avadanlıq, bina və qurğularda təmir-tikinti və profilaktik yoxlama işləri aparılıb, ətraf mühitin mühafizəsi, yanğın, texniki təhlükəsizlik və əməyin mühafizəsi tədbirləri həyata keçirilib.

Qeyd edək ki, stansiyanın V enerji blokunda idarəetmə sistemi yenidən qurulub, VI və VIII enerji bloklarında əsaslı təmir edilib.

Son xəbərlər

Orphus sistemi