​Azərbaycan "AÇG" və "Şahdəniz" layihələrindən indiyədək 122,3 mlrd. dollar qazanıb

​Azərbaycan "AÇG" və "Şahdəniz" layihələrindən indiyədək 122,3 mlrd. dollar qazanıb Bu il isə 2,8 mlrd. dollar vəsait əldə olunub
Energetika
16 Avqust , 2016 11:24
​Azərbaycan AÇG və Şahdəniz layihələrindən indiyədək 122,3 mlrd. dollar qazanıb

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 2,834 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.

Fonddan "Report"a verilən məlumata görə, bu məbləğin 2,770 mlrd. dolları "AÇG"-dən mənfəət nefti, 64 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.

Ümumilikdə, 2001-ci ildən 2016-cı il avqustun 1-dək ARDNF-ə "AÇG"-dən 119,779 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,506 mlrd. dollar vəsait daxil olub.

Beləliklə, ümumilikdə iki layihədən Dövlət Neft Fondu 122,285 mlrd. dollar vəsait əldə edib.

Son xəbərlər

Orphus sistemi