Avropa Komissiyasının vitse-prezidenti: "TAP layihəsi üzrə razılaşma Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində mühüm addımdır"

Avropa Komissiyasının vitse-prezidenti: "TAP layihəsi üzrə razılaşma Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində mühüm addımdır" Layihəyə beş il ərzində 5,6 milyard avro sərmayə qoyulacaq
Energetika
17 Mart , 2016 14:52
Avropa Komissiyasının vitse-prezidenti: TAP layihəsi üzrə razılaşma Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində mühüm addımdır

Bakı. 17 mart. REPORT.AZ/ "Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi rəqabət qabiliyyətinin artmasına və iş yerlərinin yaradılmasına təkan verəcək".

"Report" xəbər verir ki, bunu Yunanıstanın "Capital" nəşrinə müsahibəsində Avropa Komissiyasının Energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

"TAP layihəsi üzrə razılaşma Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində mühüm addımdır", - o, bildirib.

"Gözlənildiyi kimi, TAP-ın tikintisinə bu ilin üçüncü rübündə başlanılacaq və o, 2020-ci ildə istifadəyə veriləcək. Məhz o zaman Xəzər dənizindən çıxan qaz Avropaya çatacaq", - vitse-prezident deyib.

M.Şefçoviç həmçinin layihəyə beş il ərzində 5,6 milyard avro sərmayə qoyulacağını, bunun 2,3 milyard avrosunun bilavasitə layihənin Yunanıstanda həyata keçirilməsinə xərclənəcəyini də vurğulayıb.

"Boru kəmərinin tikintisi yalnız enerji təhlükəsizliyini təmin etməyəcək, o, həm də rəqabət qabiliyyətinin artması, iş yerlərinin yaradılmasına təkan olacaq və ümumilikdə iqtisadi artımı stimullaşdıracaq. Yunanıstan hökuməti və TAP arasında razılaşma boru kəmərinin necə inşa olunacağını və necə fəaliyyət göstərəcəyini müəyyənləşdirəcək. Razılaşma eyni zamanda, kommersiya əməliyyatlarının başladığı andan etibarən 25 il müddətinə xüsusi vergi rejiminin təbiqini nəzərdə tutur", - Avropa Komissiyasının vitse-prezidenti qeyd edib.

Son xəbərlər

Orphus sistemi