Avrokomissar: "Biz Azərbaycan qazına çıxışı təmin edə bilərik"

Avrokomissar: "Biz Azərbaycan qazına çıxışı təmin edə bilərik" "Avropa Komissiyası İtaliyanı Azərbaycanla birləşdirən Cənub Qaz Dəhlizi kimi layihələrə dəstək verir"
Energetika
29 Noyabr , 2015 12:34
Avrokomissar: Biz Azərbaycan qazına çıxışı təmin edə bilərik

Bakı. 29 noyabr. REPORT.AZ/ Avropa Komissiyası enerji təminatında təhlükəsizliyi prioritet məsələ hesab edir və bu məqsədlə enerji nəqli marşrutlarının diversifikasiyasını vacib sayır. "Report" xəbər verir ki, bunu Avropa Komissiyasının enerji və iqlim dəyişikliyi üzrə komissarı Migel Arias Kanyete (Miguel Arias Canete) " Euronews" telekanalına müsahibəsində deyib.

Avropanın Rusiya qazından asılılığının azaldılması mövzusuna toxunan Kanyete qeyd edib ki, Avropa Komissiyası İtaliyanı Azərbaycanla birləşdirən Cənub Qaz Dəhlizi kimi layihələrə dəstək verir. "Beləliklə biz Azərbaycan qazına çıxışı təmin edə bilərik" - deyə Avrokomissar vurğulayıb.

Son xəbərlər

Orphus sistemi