ABŞ Azərbaycan rəhbərliyinin cari iqtisadi vəziyyətə münasibətini öyrənir

ABŞ Azərbaycan rəhbərliyinin cari iqtisadi vəziyyətə münasibətini öyrənir Bunu ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin müavini Kurt Tonq jurnalistlərə açıqlamasında deyib
Energetika
15 Aprel , 2016 15:33
ABŞ Azərbaycan rəhbərliyinin cari iqtisadi vəziyyətə münasibətini öyrənir

Bakı. 15 aprel. REPORT.AZ/ "Son zamanlar enerji daşıyıcılarının qiymətləri aşağı düşüb. Azərbaycana səfərimin məqsədi ölkə rəhbərliyinin və iqtisadiyyatın yeni yaranmış vəziyyətə münasibətini öyrənməkdir". 

"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin müavini Kurt Tonq jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində bir çox məsələləri müzakirə edib: "Bu, ikigünlük səfər zamanı bir sıra məsələləri müzakirə etdik. Xüsusən də ticarətin inkişafı və korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə etdiyimiz əsas məsələlərdən olub. Həmçinin, Azərbaycanın daxili infrastrukturunu necə inkişaf etdirdiyi və regionda olan ölkələrlə necə münasibət qurmasını da öyrənmək əsas məqsədlərimdən idi".

"Hesab edirəm ki, özəl sektorla dövlət sektoru arasında kommunikasiya olmalıdır və bu da şəffadlığa şərait yaradır", - deyə ABŞ rəsmisi vurğulayıb.

K.Tonq deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "AmCham"ın üzvləri ilə görüşməsi önəmli məqamdır: "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ona imkanlar yarada bilər. Bu imkanlar həm də investisiyalar sahəsinə aiddir".

ABŞ rəsmisi həmçinin Ələt limanına səfərindən və burada yaradılan şəraitdən razı qaldığını deyib.

Son xəbərlər

Orphus sistemi