Tovuzda şagirdlərin saçını kəsən direktor müavini vəzifədən azad edilib - FOTO

Tovuzda şagirdlərin saçını kəsən direktor müavini vəzifədən azad edilib - FOTO Fakt Tovuz Rayon Təhsil Şöbəsi tərəfindən araşdırılıb
Elm və təhsil
1 Aprel , 2016 12:50
Tovuzda şagirdlərin saçını kəsən direktor müavini vəzifədən azad edilib - FOTO

Bakı. 1 aprel. REPORT.AZ/ Tovuz rayonu Cəlilli kənd tam orta məktəbinin direktor müavini Zeynəb Həsənova tərəfindən V sinifdə oxuyan bir neçə şagirdin saçının kəsilməsi faktı Tovuz Rayon Təhsil Şöbəsi tərəfindən araşdırılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.

"Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, qeyd olunan fakt təsdiqini tapıb. Belə ki, həmin şagirdlərə saç düzümlərini qaydaya salmaları ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar tapşırığa əməl etməyiblər. Zeynəb Həsənova bununla əlaqədar şagird və valideynlərlə bir daha söhbət etmək əvəzinə, etikadan kənar hərəkətə yol verərək uşaqların saçını kəsib. Qeyd olunan fakt müəllim-şagird münasibətlərində qeyri-pedaqoji hal kimi qiymətləndirilir və bu hərəkətinə görə Z.Həsənova barəsində qanunvericiliyə uyğun ciddi intizam tənbehi görülərək, o, 1 aprel 2016-cı il tarixindən tutduğu vəzifədən azad edilib", - nazirlikdən qeyd edilib.

Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova isə "Report"a bildirib ki, Z.Həsənova tutduğu vəzifədən azad edilməklə yanaşı, məktəbin direktoru Abbasəli Qasımova şiddətli töhmət verilib.

Son xəbərlər

Orphus sistemi