Bakı Ali Neft Məktəbinə qəbul olan əkiz qardaşlar Prezident təqaüdçüsü adını qazanıblar

Bakı Ali Neft Məktəbinə qəbul olan əkiz qardaşlar Prezident təqaüdçüsü adını qazanıblar Rektor Elmar Qasımov əkiz qardaşları qəbul edib
Elm və təhsil
16 Sentyabr , 2016 11:46
Bakı Ali Neft Məktəbinə qəbul olan əkiz qardaşlar Prezident təqaüdçüsü adını qazanıblar

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olan əkiz qardaşlar Prezident təqaüdçüsü adını qazanıblar.

BANM İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Nurlan Nəzərəliyev və Rəvan Nəzərəliyev 2016/2017-ci tədris ilində Azərbaycan ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq Prezident təqaüdçüsü adına layiq görülüb.

BANM-in rektoru Elmar Qasımov əkiz qardaşları qəbul edərək onları bir daha təbrik edib və təhsildə uğurlar arzulayıb.

Xatırladaq ki, bu ilki qəbul imtahanında N.Nəzərəliyev 685, R.Nəzərəliyev isə 700 bal toplayıb. Hər ikisi ixtisas seçimində BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ni seçərək Ali Məktəbin tələbəsi olublar.

Qeyd edək ki, əkizlərin qardaşı Rəşad Nəzərəliyev də Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alır, o, artıq IV kurs tələbəsidir. Rəşad Nəzərəliyev BANM-ə 677 balla daxil olub. Onların hər üçü Xırdalan şəhər 5 saylı tam orta məktəbdə təhsil alıblar. 

Son xəbərlər

Orphus sistemi