Bakı. 19 iyun. REPORT.AZ/
Respublika üzrə ümumi orta təhsil bazasında (9 illik) keçirilən buraxılış imtahanlarında Ana dilindən 25 329 nəfər "2", 46 525 nəfər "3", Riyaziyyatdan 28 283 nəfər "2", 41 841 nəfər "3" qiyməti, XI sinif üzrə Ana dilindən 17 089 nəfər "2", 32 130 nəfər "3", Riyaziyyatdan 18 552 nəfər "2", 28 096 nəfər "3", xarici dildən 15 942 nəfər "2", 36 753 nəfər "3", kimya fənnindən 182 nəfər "2", 546 nəfər isə "3" qiyməti alıb.