AMEA-nın magistraturasına qəbul planının layihəsi hazırlanıb

AMEA-nın magistraturasına qəbul planının layihəsi hazırlanıb AMEA-da yeni təyinatlar həyata keçirilib
Elm və təhsil
19 Oktyabr , 2016 20:09
AMEA-nın magistraturasına qəbul planının layihəsi hazırlanıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi bölmə və müəssisələrinin təklifləri əsasında Akademiyanın magistraturasına 2017/2018-ci tədris ili üçün qəbul planının layihəsi hazırlanıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin növbəti iclasında çıxışında bildirib. Rəyasət Heyəti iclasda planın layihəsini müzakirə edərək təsdiq edib. Elm və Təhsil İdarəsinə planın müəyyən olunmuş qaydada İqtisadiyyat Nazirliyində də təsdiq olunması üçün onlara təqdim etmələrinə dair tapşırıq verilib.

Qeyd edək ki, 2016/2017-ci tədris ili üçün AMEA-nın magistraturasına 19 ixtisas üzrə 56 nəfərin qəbul olunub.

İclasın sonunda bir sıra kadr məsələlərinə baxılıb. Akademik İradə Hüseynova ictimai əsaslarla AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədov AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva isə Zoologiya İnstitutunun elmi katibi vəzifələrinə təyin olunublar.

Son xəbərlər

Orphus sistemi