AMEA-nın illik ümumi yığıncağı başlayıb

AMEA-nın illik ümumi yığıncağı başlayıb Tədbirdə akademik Ramiz Mehdiyev iştirak edir
Elm və təhsil
29 Aprel , 2015 10:53
AMEA-nın illik ümumi yığıncağı başlayıb

Bakı. 29 aprel. REPORT.AZ/ AMEA Rəyasət Heyətində akademiyanın illik ümumi yığıncağı başlayıb. "Report" xəbər verir ki, Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin də iştirak etdiyi tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq, AMEA-nın akademik-katibi və bir sıra bölmələrin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək. 

Nizami Gəncəvi adına Qızıl medal və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir. Ümumi yığıncaqda, həmçinin akademiyanın müvafiq elmi bölmələrinin sərgi eksponatları nümayiş etdiriləcək.

Tədbirdə AMEA-nın institut və təşkilatlarından olan alim və mütəxəssislərlə yanaşı, dövlət və ictimai təşkilatlarının nümayəndələri, müvafiq nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri də iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi