​Alimlər içməli suyun təmizlənməsi üçün nanokağız icad ediblər

​Alimlər içməli suyun təmizlənməsi üçün nanokağız icad ediblər Çirklənmiş suyun qəbulu hər il milyonlarla insanın, ilk növbədə isə uşaqların xəstələnməsinə gətirib çıxarır
Elm və təhsil
19 Avqust , 2015 02:19
​Alimlər içməli suyun təmizlənməsi üçün nanokağız icad ediblər

Bakı. 19 avqust. REPORT.AZ/ Nanotexnoloji kağız vasitəsilə içməli suyun bakterial təmizlənməsi üzrə texnologiya icad edilib. "Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Amerika Kimya Cəmiyyəti (ASC) bildirir.

Çirklənmiş içməli suyun qəbulu hər il miyonlarla insanın, xüsusilə uşaqların xəstələnməsinə gətirib çıxarır. Suyun təmizlənməsi probleminin həlli üçün Karnegi-Mellon Universitetinin (Carnegie Mellon University) əməkdaşı Tereza Dankoviç "içməli kitab" (The Drinkable Book) icad edib. Bu kitabın hər səhifəsində antibakterial metal nanohissəciklər var.

Bu antibakterial kağız nəinki laborator şəraitdə, hətta küçələrdə sınaqdan keçib və onun vasitəsilə adi kanalizasiya suyunun müvəffəqiyyətlə təmizlənməsinə nail olunub. Kitabın hər səhifəsi 100 litr içməli suyu təmizləyə bilər.

T.Dankoviç hesab edir ki, bu "içməli kitab"a ilk növbədə Afrika və Asiyanın inkişaf etmiş ölkələrində tələbat yaranacaq. 

Son xəbərlər

Orphus sistemi