Bakı. 16 iyul. REPORT.AZ/
TQDK-dan "Report"a verilən xəbərə görə, imtahanda iştirak etmək üçün sənəd verən 26 min 928 abituriyentdən 1 598 nəfəri imtahana gəlməyib.
İmtahanda iştirak edən 25 min 330 abituriyentdən 7 nəfəri imtahan qaydalarını pozduğu üçün onların nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 25 min 323 abituriyentin imtahan nəticələri yerləşdirilib.
İmtahanda I ixtisas qrupu üzrə 7, IV ixtisas qrupu üzrə isə 2 abituriyent ona təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.