Yaxın 5 gün ərzində Bakıda anomal isti hava şəraiti gözlənilir

Yaxın 5 gün ərzində Bakıda anomal isti hava şəraiti gözlənilir Nazirlik əhaliyə xəbərdarlıq edib
Ekologiya
31 İyul , 2015 13:22
Yaxın 5 gün ərzində Bakıda anomal isti hava şəraiti gözlənilir

Bakı. 31 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Nazirlikdən "Report"a verilən xəbərə görə, avqustun 5-dək Bakıda və Abşeron yarımadasında gözlənilən anomal isti hava şəraiti və kəskin isti temperatur diskomfortu əksər insanlar üçün əlverişsiz, meteohəssas insanlar üçün isə xüsusilə əlverişsiz olacaq.

"Bu səbəbdən uzun müddət açıq havada qalmaq məsləhət deyil", - Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Son xəbərlər

Orphus sistemi