Baş hidroloq: "Yaxın 2-3 gün ərzində havanın temperaturunda ciddi dəyişiklik gözlənilmir"

Baş hidroloq: "Yaxın 2-3 gün ərzində havanın temperaturunda ciddi dəyişiklik gözlənilmir" Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağacağı ehtimalı var
Ekologiya
15 İyun , 2015 12:55
Baş hidroloq: Yaxın 2-3 gün ərzində havanın temperaturunda ciddi dəyişiklik gözlənilmir

Bakı. 15 iyun. REPORT.AZ/ İyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, sabah paytaxtda şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 27-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Baş hidroloq onu da qeyd edib ki, yaxın 2-3 gün ərzində havanın temperaturunda elə də ciddi dəyişiklik gözlənilmir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturuna gəlincə, Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi