Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb Gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var
Ekologiya
22 Sentyabr , 2016 12:39
Sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Sabah, sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 23-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi