Bakı. 17 aprel. REPORT.AZ/ Həftənin şənbə günü Azərbaycanda müşahidə olunan hava proqnozu açıqlanıb.
Aprelin 18-də Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 17-22 dərəcə, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacağı gözlənilir.