Sabah Azərbaycanda havanın tempraturu 24 dərəcəyədək yüksələcək

Sabah Azərbaycanda havanın tempraturu 24 dərəcəyədək yüksələcək Bakıda gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq
Ekologiya
17 Aprel , 2015 13:00
Sabah Azərbaycanda havanın tempraturu 24 dərəcəyədək yüksələcək

Bakı. 17 aprel. REPORT.AZ/ Həftənin şənbə günü Azərbaycanda müşahidə olunan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, aprelin 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq.

Aprelin 18-də Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 17-22 dərəcə, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi