Azərbaycanda yağışlı hava şəraiti sabah da davam edəcək

Azərbaycanda yağışlı hava şəraiti sabah da davam edəcək Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir
Ekologiya
13 Oktyabr , 2015 12:51
Azərbaycanda yağışlı hava şəraiti sabah da davam edəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanda yağışlı hava şəraiti sabah da davam edəcək.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-17, Bakıda isə gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arbir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-metereoloji proqnoza əsasən, oktyabrın 14-15-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və metereoloji amillərin zəif və mülayim tərəddütü meteohəssəs insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi