Mübariz Qurbanlı Amerika Yəhudi İcmasının nümayəndəsi ilə görüşüb

Mübariz Qurbanlı Amerika Yəhudi İcmasının nümayəndəsi ilə görüşüb "Hər zaman yəhudilərə doğma münasibət bəslənilib"
Din
23 Aprel , 2015 14:57
Mübariz Qurbanlı Amerika Yəhudi İcmasının nümayəndəsi ilə görüşüb

Bakı. 23 aprel. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 23-də Amerika Yəhudi İcmasının nümayəndəsi, hüquq müdafiəçisi Cary B. Lermanı qəbul edib. Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, M. Qurbanlı qeyd edib ki, yəhudilərin Azərbaycanda məskunlaşmasının 2600 illik tarixi var və hər zaman yəhudilərə doğma münasibət bəslənilib: "İndiyə qədər də bu münasibət davam edir. Azərbaycanda dini etiqad azadlığı tam təmin olunub, bütün dini konfessiyalara bərabər şərait yaradılıb. Digər konfessiya nümayəndələri kimi yəhudilər də öz ibadətlərini, dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər. Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınmış altı yəhudi dini icması var və bu icmalara hər zaman diqqət və qayğı göstərilir".

Cary B. Lerman Azərbaycanda gördüyü iqtisadi inkişafı, eləcə də ölkəmizin tolerantlıq ənənələrini yüksək dəyərləndirib: "Burada olduğum müddətdə yəhudi icması, sinaqoqlarla yaxından tanış olmaq imkanı qazandım".

Azərbaycanda mövcüd olan dövlət və din münasibətlərini, tolerantlıq ənələrini, yəhudi icmasına göstərilən yüksək qayğı və diqqəti xüsusi vurğulayan qonaq, bunun bütün dünya üçün nümunə ola biləcəyini bildirib.

Görüşdə Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev iştirak edib.

Son xəbərlər

Orphus sistemi