Polad Bülbüloğlu "Müqəddəs Appostol Varfolomey" medalına layiq görülüb

Polad Bülbüloğlu "Müqəddəs Appostol Varfolomey" medalına layiq görülüb Medal millətlərarası, dinlərarası və ictimai, siyasi və mədəni xidmətlərinə görə verilib
Din
5 Fevral , 2015 16:42
Polad Bülbüloğlu Müqəddəs Appostol Varfolomey medalına layiq görülüb

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Müqəddəs Appostol Varfolomey" medalına layiq görülüb. 

"Report"un xəbərinə görə medalı bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən görüşdə Rus provaslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşein tərəfindən P.Bülbüloğluna təqdim olunub.

Medal P.Bülbüloğluna millətlərarası, dinlərarası və ictimai, siyasi və mədəni xidmətlərinə görə verilib.

Son xəbərlər

Orphus sistemi