Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Məkan Planlaması, Davamlı İnkişaf, Enerji, Nəqliyyat və Kommunikasiyalar üzrə Komitəsinin sədri Neysselin Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib.
“Report” xəbər verir ki, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostolprefekturasının ordinarisi Yepiskop Vladimir Fekete qonaqlara kilsənin yaranma tarixindən danışıb və tanışlıq ekskursiyası təşkil edib.
Nümayəndə heyətinə məlumat verilib ki, Bakı şəhərindəki Müqəddəs Məryəm kilsəsində mərasimlər üç dildə - Azərbaycan, ingilis və rus dillərində həyata keçirilir.