​Azərbaycanda dövlət qeydiyyatından keçən dini icmaların sayı açıqlanıb

​Azərbaycanda dövlət qeydiyyatından keçən dini icmaların sayı açıqlanıb Qeyri-islam təmayüllü dini icmaların sayı 34-dür
Din
20 May , 2015 15:07
​Azərbaycanda dövlət qeydiyyatından keçən dini icmaların sayı açıqlanıb

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan indiyə qədər 615 dini qurum qeydiyyatdan keçib. Bu barədə “Report”a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.

Konfessional baxımdan onların 594-ü İslam, 21-i isə qeyri-islam (xristian - 12; yəhudi - 6; krişna - 1; bəhai - 2) təmayüllüdür. Əvvəllər qeydiyyatdan keçən qeyri-islam dini icmaları ilə birlikdə onların sayı 34-dür.

Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi 2009-cu il sentyabrın 1-dən başlanılıb.

Son xəbərlər

Orphus sistemi